Qəbələ Turu

Azərbaycanın zəngin və qədim tarixi olan gözəl guşələrindən biridir. Bir zamanlar bu şəhər 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Antik şəhərin qalıqları və Qafqaz Albaniyasının əsas qapıları bu günümüzə qədər saxlanılıb. Rayonda müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidə var. Gözəl təbiət və inkişaf etmiş infrastruktur minlərlə turistləri Qəbələyə cəlb edir. Burada bir neçə 5 ulduzlu otel, ailə tipli kiçik otellər, istirahət zonaları və turizm bazaları fəaliyyət göstərir. Görməli yerlər arasında - Rus meşəsi, çay vadiləri, məşhur şabalıd meşəsi, çoxlu sayda mənzərəli kəndlər var. Qədim Qafqaz albanlarının kökündən olan udinlərin yaşadığı Nic kəndini xüsusilə qeyd etmək lazımdır. Quşla bol olan meşələr mövsüm zamanı ovçuları bura cəlb edir. 16 hektar ərazidə yerləşən və Azərbaycanın açıq səma altında ən iri attraksion parkı Gabaland də Qəbələdə yerləşir. Şəhərdə həmçinin hər il təşkil olunan və dünyanın müxtəlif ölkələrinin orkestr və ifaçıları iştirak edən klassik musiqi, caz və muğamın Beynəlxalq musiqi festivalı keçirilir. Təsadüfi deyil ki, məşhur Beltman holland nişanı altında pianino istehsalı üzrə fabrik məhz Qəbələdə fəaliyyət göstərir. Qəbələ Azərbaycanın zəngin və qədim tarixi olan gözəl bir guşəsidir. Bu şəhər (Qəbələ) vaxtilə 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Burada antik şəhərin və Qafqaz Albaniyasının baş darvazalarının qalıqları hələ də qalmaqdadır. Çuxur Qəbələ kəndinin yaxınlığında aparılan qazıntılar təsdiq edir ki, IV-III əsrlərdən başlayaraq ta XVIII əsrədək Qəbələ inkişaf etmiş ticarəti olan iri şəhərlərdən biri, sənətkarlıq mərkəzi olmuşdur.