Lahıc turu

LAHIC ƏRAZİSİNDƏ BÜTÜN TARİXİ ABİDƏLƏRƏ EKSKURSİYALAR: Bələdçi və ya Tur rəhbəri ilə. Adı VII əsrdən məlum olan, Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc kəndi xüsusilə məşhurdur. Dağlar qoynunda salınmış bu kiçik şəhər Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Lahıclı ustaların düzəltdiyi qablar və silahlar bütün Qafqazda çox həvəslə alınırdı. Lahıcdakı emalatxana və dükanların demək olar ki, hamısı qəsəbənin mərkəzi küçəsi boyunca yerləşmişdir. Mövcud çətinliklərə baxmayaraq öz əcdadlarının işlərini davam etdirən yerli sənətkarlar - misgərlər, sərraclar, döymə işi ustaları, dulusçular, dəmirçilər, papaqçılar az deyil. Lahıc kəndində tarix-mədəniyyət qoruqları yaradılmışdır. Buradakı tarixi abidələr mühafizə olunur. Lahıc kəndində isə Bədöyün məscidi, Zəvərə məscidi (1791-ci il), Ağəli məscidi və Zəvərə bulağı mühafizə olunur.