Sığorta

Sığorta

Səyahət sığortası

Azərbaycanın aparıcı sığorta şirkətləriylə əməkdaşlıqda Tempus Travel öz müştərilərinin xaricdə olan müddətdə turizm sığortasını həyata keçirir. Sığorta polisi sığortalanmış şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması müddətində yaranan xərclərlə bağlı mülkiyyət maraqlarını, tibbi yardımın alınması zərurəti ilə əlaqədar olaraq, repatriasiyanın həyata keçirilməsi və digər xidmətlərin, o cümlədən də nəqliyyat xidmətlərinin göstərilməsini nəzərdə tutur və 15000, 25000, 50000 $ məbləgində ola bilər

Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortasi
Fərdi qəza sığortası
Xaricə səfər zamanı baqajin sığortası
Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
Xarici pasportun və  nəqliyyat sənədlərinin itirilməsi sığortası

 

​​​Avtonəqliyyatın icbari sığortası

 

Azərbaycan Respublikasının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanununa uyğun olaraq bütün nəqliyyat vasitələrinin sahibləri həmin şəhadətnaməni əldə etməlidirlər. 

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əhalinin sosial müdafiəsinə xidmət edərək, nəqliyyat vasitəsi sahibini yol-nəqliyyat hadisələri nəticəsində baş verə biləcək risklərdən sığortalayır. Bir sözlə, əgər Sizin təqsirinizdən üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyibsə, Xalq Sığorta şirkəti maddi məsuliyyətinizlə bağlı ödənişləri həyata keçirməkdə Sizə yardımçı olacaq.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 12 ay müddətinə bağlanır. Azərbaycan Respublikasının ərazisinə tranzit məqsədi ilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə müvafiq icbari sığorta müqavilələri bir ay müddətinə bağlanılır. Sığorta şəhadətnaməsinin qiyməti isə nəqliyyat vasitəsinin növündən asılı olaraq müəyyən edilir.
Bu sığorta növü mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.